ABŞ İordaniya ərazisində İraqın terror əleyhinə xüsusi təyinatlı bölmələrinin təlimlərinə yenidən başlamaq niyyətindədir. Bu barədə yerli KİV-lər Pentaqon rəsmisinə istinadən yazırlar
“Bu işdə iyun ayından etibarən təlimatçılar - Amerika xüsusi əməliyyat qüvvələrinin hərbçiləri iştirak edəcəklər”, - deyə məlumatda bildirilir.
Təlim proqramı amerikalıların bu ilin əvvəlində İraq və İordaniya xüsusi təyinatlılarını hazırlayarkən istifadə etdikləri proqramın analoqu olacaq.
Ekspertlər hesab edirlər ki, Pentaqonun bu qərarı “Əl-Qaidə” ilə əlaqəli olan “İraq və Levant İslam
Dövləti” terror təşkilatının fəaliyyəti ilə əlaqədar İraqda zorakılığın artmasını istisna etməyən Vaşinqtonun əndişəsindəın qaynaqlanır.