İqtisadiyyat və Sənaye Nazirliyi sənayenin müxtəlif sahələrinin inkişafı üçün işçi qruplar yaradıb.
Nazirliyin məlumatına görə, işçi qruplar bu istiqamətlər üzrə yaradılıb: aqrar və yüngül sənaye, ağac emalı və mebel istehsalı, kimya sənayesi, əczaçılıq məhsulları və tikinti materialları istehsalı, metallurgiya sənayesi, maşın və avadanlıq, kompüter və elektron avadanlıq istehsalı.
Dövlət qurumları və sənaye müəssisələrinin nümayəndələrindən ibarət olacaq işçi qruplar qanunvericiliyin təkmilləşdirilməsi, istehsalın rəqabətə davamlılığının artırılması, müəssisələrin potensialının gücləndirilməsinə dair təkliflər hazırlayacaqlar.
Bu məqsədlə nazirlik sənaye sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən təkliflərin qəbulunu elan edib.