2014-cü ilin I rübündə “Azərsu” ASC-nin abonentlərinin sayı 2,4% - 1 mln. 247,652-yə qədər artıb. Bu barədə ASC-nin məlumatında bildirilir.
İstehlakçıların 96,6%-i və ya 1 mln. 205,387 mini “əhali” kateqoriyasına, qalan 3,4%-i və ya 42,265 mini digər kateqoriyalara daxildir.
2014-cü ilin I rübü ərzində “əhali” kateqoriyasından olan abonentlərin sayı 2,4%, digər kateqoriyalardan olan abonentlərin sayı 3,3% artıb.
Aprelin 1-nə “Azərsu” ASC-nin 673,278 abonenti (54,5%) su sayğacları ilə təmin edilib.
N.Abbasova