Bakıda Muzey Mərkəzində "Heydər Əliyev və mədəni irs" kitabının təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Kitab nazirlik tərəfindən Heydər Əliyevin 91-ci ildönümü münasibəti ilə nəşr edilib.
Təqdimat mərasimində nəşrin ideya müəllifi olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və elm xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Ə.Qarayev Azərbaycan xalqının mədəni irsinin qorunması istiqamətində H.Əliyevin xidmətlərini qeyd edib.
Tədbirin sonunda ümummilli liderə həsr olunmuş film nümayiş olunub.