Astara rayonunda çəltik əkini başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Səpin işləri əsasən Artupa, Səncərdi və Ərçivan kəndlərində həyata keçirilir. Fermerlərin bildirdiyinə görə, əlverişli hava şəraiti işi vaxtında başa çatdırmağa imkan verir.
Əgər ötən il Astara rayonunda 120 hektar sahədə çəltik əkilmişdisə, bu il bu göstəricinin 150-170 hektara qədər artırılması planlaşdırılır. Fermerlər hər hektardan 70 sentner səviyyəsində məhsuldarlıq gözləyirlər.
A.Axundov
Q.Qəmbərova