May ayının ortalarında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağ münaqişə zonasına səfəri planlaşdırılıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
“Onların səfərinin əsas məqsədi Qarabağda vəziyyəti öyrənməkdir. Mən onlara və ATƏT-in fəaliyyətdə olan sədrinə məktub göndərərək, Suriya böhranı ilə əlaqədar bu ölkədən gələn erməni qaçqınların işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsi barədə məlumat vermişəm”,- deyə E.Məmmədyarov cümə axşamı keçirilən brifinqdə bildirib.
Nazir qeyd edib ki, o, məktubda həmsədrlərdən Qarabağa səfər etməyi və bu faktı öyrənməyi xahiş edib.