Azərbaycan və Honduras iqtisadi-ticari əlaqələrin və xüsusilə maliyyə sektorunda əməkdaşlığın gələcək inkişafı üçün potensialın olduğunu vurğulayır.
Bu barədə maliyyə naziri Samir Şərifovun Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mireya Aquero de Korrales ilə görüşündə bildirilib.
Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, qiymətli kağızlar, tibbi sığorta, enerji, maliyyə və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.