“Taliban” üsyançıları bazar ertəsi səhər Kabil hava limanı istiqamətinə bir neçə raket buraxıblar. Bu barədə Qərb KİV-ləri məlumat verir.
Hava limanı yaxınlığında ən azı iki raket partlayıb. Raket atəşi nəticəsində dağıntı və insan tələfatı olmayıb.
Hücum yerli vaxtla səhər saat 5:00-da başlayıb. Taliblər hələ may ayında Əfqanıstanda özlərinin ənənəvi yaz hücumuna məhz bu vaxt başlayacaqlarını vəd etmişdilər.