SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi bazar ertəsi bir neçə rayonda qaz təchizatına məhdudiyyətlər qoyur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birlikdən məlumat verilib.
Qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar saat 12:00-dək Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bundan başqa, saat 12:00-dan 17:00-dək Xəzər rayonunun, saat 13:00-dan 14:00-dək Qaradağ rayonunun, saat 13:00-dan 15:00-dək Quba rayonunun bir hissəsində qaz təchizatına məhdudiyyətlər qoyulacaq.
Həmçinin "Qazıməmməd-Qazax" I xətt magistral qaz kəmərinin bəzi hissələrində aparılacaq təmir işləri ilə əlaqədar gün ərzində Qəbələ, Yevlax, Naftalan rayonlarının bütün yaşayış məntəqələri, Ağdaş, Göyçay, Goranboy, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Ağcabədi və Füzuli rayonlarının bir hissəsinin qaz təchizatında fasilələr yaranacaq.