Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Fransua Olland ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edirlər.
Azərbaycan prezidentinin saytında verilən məlumata görə, bazar ertəsi dövlət başçıları Bakıda təkbətək görüş keçiriblər.
Tərəflər əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Görüşdə Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmi qeyd olunub.
Dövlət başçıları Bakı və Paris arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə ediblər.
Görüş zamanı ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.