Fransa Azərbaycanla ticari-iqtisadi münasibətlərin genişlənməsində maraqlıdır. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Olland bəyan edib.
“Azərbaycan intensiv inkişaf edir. Biz dünən və bu gün bunun şahidi olduq. Fransa Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır”, - deyə F.Olland bazar ertəsi azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bildirib.
F.Ollandın sözlərinə görə, bu, yalnız dostluq səfəri deyil. Səfər, münasibətlərin, o cümlədən ticari-iqtisadi əlaqələrin genişlənməsi və dərinləşməsini nəzərdə tutur.
Öz növbəsində Azərbaycan prezidenti qeyd edib ki, ölkələr arasında münasibətlər bir çox əməkdaşlıq məsələlərini əhatə edir. “İkitərəfli gündəlik çox genişdir, bir çox məsələləri əhatə edir. Əminəm ki, bu səfər yaxşı nəticələr verəcək”, - deyə İ.Əliyev əlavə edib.