“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində Ədliyyə Nazirliyinə məxsus binanı tutublar. Bu barədə bazar ertəsi “Associated Press” agentliyi xəbər verir.
Hücum yerli vaxtla saat 9:00-da, işçilərin əksəriyyətinin işə gəldiyi vaxt baş verib.
Xəsarət alanlar barədə məlumat verilmir. Üsyançıların binada saxladığı insanların dəqiq sayı da məlum deyil.
Bundan başqa, bazar ertəsi səhər taliblər Kabil beynəlxalq hava limanı istiqamətinə ən azı iki raket buraxıblar. İnsident nəticəsində heç kim xəsarət almayıb.
Həmin gün taliblərin “ənənəvi yaz hücumları”na start verilib.