Ötən həftə Azərbaycan polisi axtarışda olan 63 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (5-11 may) baş vermiş bədbəxt hadisələr nəticəsində 9 nəfər həlak olub, 26 nəfər yaralanıb və zəhərlənib, 3 intihar hadisəsi qeydə alınıb.
2 nəfər qətldə, 8 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 46 nəfər oğurluqda, 7 nəfər qarətdə, 1 nəfər avtomobil qaçırmaqda, 7 nəfər dələduzluqda, 2 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 9 fakt qeydə alınıb.