Liviya sahillərində gəminin batması nəticəsində ən azı 14 miqrant həlak olub. Britaniyanın BBC teleradio korporasiyasının məlumatına görə, gəmi İtaliyanın Lampeduza adasına çatmağa çalışırmış.
Məlumatda bildirilir ki, 200 nəfərə yaxın miqrant xilas edilib. İtaliya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri bildiriblər ki, batmış insanları axtarmağa kömək etmək üçün hadisə yerinə freqat və vertolyot göndərilib.
Lampeduza adası Afrika sahillərindən 290 km məsafədə yerləşir.