Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün təkmilləşdirmə kursları açılır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına əsasən, məscidlərin imam və axundları üçün daimi əsaslarla təşkil olunmuş kurslar, ilk növbədə onların bilik səviyyəsinin yüksəldilməsinə yönəldilib.
Bir ay davam edəcək kurslarda Azərbaycanın bütün regionlarından din xadimləri iştirak edəcək. Kurslar başa çatdıqdan sonra din xadimlərinə sertifikat veriləcək.
F.İsazadə