Çərşənbə axşamı Qazaxıstanın Almatı vilayətində saat 01:38-də 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
Qazaxıstanın Seysmoloji Təcrübə-Metodiki Ekspedisiyasının məlumatına görə, zəlzələnin episentri Almatıdan 140 km şərqdə yerləşib.
Zəlzələnin enerji sinfi 8,4, dərinliyi 10 km olub.
Xəbər verildiyi kimi, ötən bazar ertəsi vilayətdə 3,9 bal gücündə yeraltı təkanlar hiss olunmuşdu.
Həmçinin məlumat verilir ki, Qırğızıstan ərazisində saat 07:18-də 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Almatıdan 185 km cənub-qərbdə yerləşib, enerji sinfi 9,9, dərinliyi 20 km təşkil edib.