Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə icmalar arasına təfriqə salanlara qarşı amansız mübarizə aparmağa söz verir.
“Biz dini baxışlarından, şiə, sünni, vəhhabi və ya təkfirçi olmasından asılı olmayaraq icmalar arasında təfriqə salan, müsəlmanlar arasına nifaq toxumu səpənlərlə mübarizə aparacağıq”, - deyə şeyx din xadimləri üçün təkmilləşdirmə kurslarının açılışına həsr olunmuş tədbirdə bəyan edib.
“Bizim üçün əsas məsələ dövlətimizin təhlükəsizliyidir. Biz bu mənada əlimizdən gələni edəcəyik. Və əgər mənə nəsə olsa, bu işi ardıcıllarım həyata keçirəcək”, - deyə o vurğulayıb.