Təhsil Nazirliyi xarici ali məktəblərdə təhsil almaq istəyən gənclər üçün sənəd qəbuluna başlayıb. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Elektron ərizələrin qəbulu mayın 22-dən avqustun 8-dək aparılacaq”, - deyə o bildirib.
C.Valehov qeyd edib ki, qəbul “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində aparılır.
“Müsabiqədə bakalavriat səviyyəsi üzrə təhsil almaq üçün 29, magistratura, doktorantura və rezidentura səviyyəsi üzrə isə 35 yaşadək olan şəxslər iştirak edə bilərlər”, - deyə o əlavə edib.
Nazirliyin nümayəndəsi onu da qeyd edib ki, müsahibə zamanı prosesin şəffaflığının təmin edilməsi məqsədilə videoçəkiliş aparılacaq.