Mayın 14-15-də Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Səfər çərçivəsində qonaq Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.
Bundan başqa, türkiyəli nazirin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılır.
R. Babayev