Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının XXIII illik toplantısında iştirak edəcək. Bu barədə nazirliyin məlumatında bildirilir.
Ş.Mustafayev bankın Azərbaycan tərəfdən müdiridir.
Toplantı 14-15 may tarixlərində Varşavada (Polşa) keçiriləcək.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. 31 mart 2014-cü il tarixinə olan məlumata görə, AYİB Azərbaycanda 146 layihənin maliyyələşdirilməsini təqdir edib. Bankın həmin layihələrə investisiyaları 1,82 mlrd. avro həcmində qiymətləndirilir (1,09 mlrd. avro sərf olunub). Hazırda bank respublikada 66 layihə reallaşdırır və 820,5 mln. avro həcmində aktiv portfelə malikdir. Bankın portfelinin 49%-i özəl sektorun, 4%-i kapitala investisiyaların payına düşür.