Polşanın Vrotslav şəhərində, “Mediateka” sərgi salonunda Boqdan Basın “Azərbaycan avropalı fotoqrafın gözü ilə” adlı fotosərgisi açılıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgidə Azərbaycanın mənzərəli yerlərini, mədəniyyətini və adət-ənənələrini əks etdirən 30-dan çox şəkil nümayiş etdirilir.
Mayın 18-dək davam edəcək sərgi turistlərin axınının güclü olduğu avqust ayında təkrar nümayiş etdiriləcək.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gəncliyə Yardım Fondunun dəstəyi ilə həyata keçirilir. Sərginin Polşanın digər şəhərlərində də təşkil edilməsi planlaşdırılır.