1 aprel 2014-cü il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $52 mlrd. 853 mln. təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü ilin yanvar-mart ayları üzrə pul siyasəti icmalında deyilir. İcmal bankın saytında dərc edilib.
Xəbər verildiyi kimi, 2013-cü ilin yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatları $50 mlrd. 232 mln. təşkil edib. Beləliklə, 2014-cü ilin I rübündə respublikanın strateji valyuta ehtiyatları 5,2% artıb.
“Ümumilikdə 2014-cü il aprel ayının əvvəlinə Azərbaycanın strateji valyuta ehtiyatları respublika üzrə ÜDM-in 70%-ni təşkil edir. Bu göstəriciyə görə respublika dünyanın 20 aparıcı ölkəsi sırasına daxildir”, - deyə sənəddə qeyd olunur.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.