Mayın 18-dən iyunun 18-dək Azərbaycanda insan hüquqları aylığı keçiriləcək. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Aylıq ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə 18 iyun – Milli İnsan Hüquqları Günü ilə əlaqədar keçirilir.
Aylıq çərçivəsində Bakıda “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı keçiriləcək.