2014-cü ilin yanvar-aprel aylarında Vergilər Nazirliyi 30,131 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-aprel aylarında Vergilər Nazirliyi 28,057 min vergi ödəyicisini qeydiyyata alıb. Beləliklə, 2014-cü ilin yanvar-aprel aylarında qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 7,4% artıb.
Vergilər Nazirliyinin məlumatına görə, 1 may 2014-cü il tarixinə vergi ödəyicilərinin ümumi sayı 564,408 min təşkil edir.
Cari ilin yanvar-aprel aylarında vergi ödəyiciləri tərəfindən elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2% təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 3 gün ərzində həyata keçirilir.
2013-cü ildə Vergilər Nazirliyi 72,984 min vergi ödəyicisini qeydiyyata alıb.