SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsində fəaliyyəti dayandırılmış quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
288 nömrəli quyu 8 nömrəli dəniz özülündən qazılıb.
Quyu təmir işləri aparıldıqdan sonra sutkalıq 70 ton neft və 17 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
“Günəşli “yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova