Xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Finlandiya Respublikasına ikigünlük rəsmi səfərə yola düşüb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı E.Məmmədyarov Finlandiyanın prezidenti Sauli Niinisto və həmkarı Erkki Tuomioya ilə, o cümlədən bir sıra digər ikitərəfli görüşlər keçirəcək.
Səfər mayın 15-nə qədər davam edəcək.