ABŞ prezidenti Barak Obama Suriya İnqilabi və Müxalifət Qüvvələrinin Milli Koalisiyasının (SİMQMK) lideri Əhməd Carba ilə danışıqlar aparıb. Bu barədə çərşənbə günü “Bloomberg” agentliyi məlumat verir.
Hər iki tərəf qeyd edib ki, görüş məhsuldar keçib və Suriya müxalifəti ilə ABŞ arasında münasibətlərin inkişafı üzrə mühüm addım olub.
Agentliyin məlumatına əsasən, Ə.Carba Amerika prezidentinə ABŞ-ın müxalifətçilərə göstərdiyi $287 mln. məbləğində yardıma, eləcə də suriyalı qaçqınlara $1,7 mlrd. məbləğində humanitar yardıma görə minnətdarlığını bildirib.