2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda neft hasilatı 14,1 mln. ton təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 14,3 mln. ton neft hasil olunub. Beləliklə, bu ilin yanvar-aprel aylarında respublikada neft hasilatı 1,4% azalıb.
2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əmtəəlik qaz hasilatı 6,1 mlrd. kubmetr (2013-cü ilin yanvar-aprel ayları ilə müqayisədə artım 3,4% -İF-Az) təşkil edib.
Xəbər verildiyi kimi, ötən il təxminən 43,5 mln. ton neft, 17,9 mlrd. kubmetr əmtəəlik qaz hasil edilib.
Hökumətin proqnozlarına əsasən, 2014-cü ildə ümumi neft hasilatı 40 mln. 974,3 min ton, qaz hasilatı (əmtəəlik qaz daxil olmaqla) 27 mlrd. 363,6 mln. kubmetr təşkil edəcək.