İran hakimiyyəti Şimali Koreyaya raket və nüvə silahının hazırlanmasında istifadə oluna bilən texnologiyalar verir. Çərşənbə günü belə bəyanatla İsrailin baş naziri Binyamin Netanyahu çıxış edib.
Yaponiyanın “Mayniti” qəzetinə verdiyi müsahibəsində KXDR-in İrandan nüvə və raket texnologiyaları almasına dair sualı B.Netanyahu belə cavablandırıb: “Bəli, məhz bu baş verir”.
Onun fikrincə, “İran,ümumiyyətlə istifadə edə bildiyi bütün texnologiyaları KXDR ilə bölüşməyə hazırdır”.