SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi çərşənbə günü bir neçə rayonun qaz təchizatına məhdudiyyətlər qoyur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar saat 12:00-dək Yevlax rayonunun bir hissəsinə qazın verilməsinə məhdudiyyətlər qoyulub.
Qaz nəqli sistemində aparılan işlərlə əlaqədar saat 13:00-dan 15:00-dək Bərdə və Bakının Sabunçu rayonlarının, saat 15:00-dan 17:00-dək Xəzər, saat 16:00-dan 18:00-dək Ağdam rayonlarının bir hissəsinə qaz verilməyəcək.
Bundan başqa, saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə, saat 17:00-dək Hacıqabul və Suraxanı rayonlarının, saat 18:00-dək Qazax və Şəmkir rayonlarının, saat 20:00-dək Zərdab və Bakının Nizami rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.