Prezident İlham Əliyev çərşənbə günü Şamaxı rayonunda beşulduzlu “Şamaxi Palace Platinum By Rixos”otelinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir.
Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, amfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. var.