Rusiyalı həkimlər Bakıda azərbaycanlı həmkarları üçün infeksion xəstəliklər və səhiyyənin idarəolunması sahəsində kurslar keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kurslar Azərbaycan Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış saziş çərçivəsində təşkil olunur.
Kurslar akademiyanın professura və dosent heyəti tərəfindən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilir.
Kurslarda Bakı və Azərbaycanın regionlarından olan mütəxəssislər iştirak edirlər.