Çərşənbə günü Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Ailə gününə həsr olunmuş “Biz mehriban ailəyik” adlı müsabiqə təşkil ediləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Müsabiqədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin ailələri iştirak edəcək və Bakı şəhərinin hər rayonunu bir ailə təmsil edəcək.
Müsabiqə 4 mərhələdən, hər mərhələ isə 3 hissədən ibarət olacaq.
Müsabiqənin münsiflər heyətinin tərkibi 5 nəfərdən ibarətdir. Ailələrin çıxışları hər mərhələ bitdikdən sonra münsiflər tərəfindən 5 ballıq sistemlə qiymətləndiriləcək
Münsiflər heyəti tərəfindən I, II, III yerlərin qaliblərinə fəxri fərman və hədiyyələr, 9 ailəyə isə həvəsləndirici mükafatlar veriləcək.
A.Zeydullayeva