2014-cü ilin mart ayının yekunları üzrə Azərbaycanda istehlakçı etimadı indeksi (Consumer Confidence Index, CCI) 26,35 bənd təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2014-cü ilin birinci rübü ərzində pul siyasəti haqqında hesabatında qeyd olunur.
2013-cü ilin sentyabr ayının yekunları üzrə indeks 25,85 bənd təşkil edib.
Hesabata əsasən, istehlakçı etimadı indeksi 4250 ev təsərrüfatı arasında keçirilən sorğunun nəticələri üzrə hesablanıb.
Sorğunun iştirakçıları ölkənin bütün regionlarını əhatə edib.
A.Axundov