İsrail Azərbaycanla kənd təsərrüfatı sahəsində münasibətlərin və yüksək texnologiyalar sahəsinin inkişafında maraqlıdır. Bu barədə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz çərşənbə günü Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşdə bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun xəbər verdiyi kimi, T.Qaraşov qonağa rayonun sosial-iqtisadi inkişafı və turizm potensialı barədə məlumat verib.
Diplomat jurnalistlərlə söhbətdə qeyd edib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.
“Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq. Biz münaqişənmin sülh yolu ilə həllinə tərəfdarıq və ATƏT-in Minsk Qrupunun bu məsələdəki səylərini dəstəkləyirik”,- deyə R.Harpaz bildirib.
Həmin gün diplomat Regional Müalicə-Diaqnostika Mərkəzində, rayon mərkəzi xəstəxanasında, eləcə də sənaye müəssisələrində olub.
R.Harpaz mayın 15-də Lerik rayonuna səfər edəcək.
Q.Qəmbərova
F.İsazadə