Azərbaycan çərşənbə günü Avropa Şurası Nazirlər Komitəsində başlayan sədrliyi çərçivəsində 20-yə yaxın iri beynəlxalq tədbir keçirməyi planlaşdırır.
AŞ-nin rəsmi saytında verilən məlumata görə, tədbirlər proqramına əsasən, 22-23 may tarixlərində Bakıda Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitəsinin iclası keçiriləcək.
Bundan başqa, sədrlik dövründə Azərbaycan Avropa ölkələri ombudsmanlarının konfransını (18-20 iyun), Korrupsiya ilə mübarizəyə dair yüksək səviyyəli konfrans (30 iyun-1 iyul), mədəniyyətlərarası dialoqun dini aspektinə həsr olunan illik görüş (1-2 sentyabr), Avropa Şurası qonşuluq siyasəti üzrə yüksək səviyyəli konfrans (18-19 sentyabr) keçirəcək.
Oktyabrın 6-dan 9-dək Avropa irsi Günləri qeyd ediləcək.
28-30 oktyabr tarixlərində BMT-nin Gənclər siyasəti üzrə Qlobal Forumu keçiriləcək.