Azərbaycan müdafiə nazirinin yeni müavini təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.
O qeyd edib ki, IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev şəxsi heyət üzrə nazir müavini təyin edilib.
O, bu postda ehtiyata göndərilən general-leytenant Çingiz Məmmədovu əvəz edib.