ATƏT-in Minsk Qrupunun həmsədrləri may ayının 16-da regiona səfər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarında olmağı planlaşdırırlar. Bu barədə amerikalı vasitəçi Ceyms Uorlik özünün “Twitter” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, həmsədrlər regiona növbəti səfər zamanı Dağlıq Qarabağı Ermənistanla bağlayan Kəlbəcər və Laçın rayonlarında olacaqlar.
Y.Əliyev