İyunun 30-da "AzRe Təkrarsıgorta" şirkətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
İclasda səhmdarlar şirkətin 2013-cü ildəki fəaliyyətinin maliyyə yekunlarını müzakirə edəcəklər.
Səmdarlar, həmçinin şirkətin 2014-cü il üçün strateji inkişaf planını, “AzRe”nin fəaliyyəti ilə bağlı digər məsələləri nəzərdən keçirəcəklər.
“AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb və Azərbaycanda yeganə təkrarsığorta şirkətidir. Şirkətin nizamnamə kapitalı 40 mln. manata bərabərdir.