“PAŞA Bank” Gəncə şəhərində yeni filial açıb. Bu barədə bankın məlumatında bildirilir.
Bu, bankın ilk regional filialıdır.
Yeni mərkəzdə bankın müştərilərinə bank xidmətlərinin bütün spektri təqdim olunacaq.
Məlumata görə, “PAŞA Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov deyib ki, ölkənin qərbində ilk biznes mərkəzinin açılmasında məqsəd Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları maliyyə vəsaitlərindən istifadə imkanları ilə təmin etməkdir.
Daha əvvəl F.Axundova istinadən məlumat verilib ki, “PAŞA Bank” Zaqatala, Quba və Lənkəranda biznes mərkəzləri açmağı planlaşdırır.
Hazırda Bakıda “PAŞA Bank”ın 4 biznes mərkəzi fəaliyyət göstərir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “Pasha Holding”in strukturuna daxildir.