Topaz Premyer Liqasının futbol klubları Türkiyədə kömür mədənində baş vermiş qəzada həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
“Premyer Liqanın son turunun mayın 17-də keçiriləcək 5 oyunu Türkiyənin Manisa vilayətinin Soma şəhərində yerləşən kömür mədənində baş vermiş faciə ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq”, - deyə A.Şahgəldiyev bildirib.
R.Babayev