Cümə günü səhər saatlarında Bakı Metropoliteninin işində fasilə yaranıb. Bu barədə hadisənin şahidi olan “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Təxminən 15 dəqiqə ərzində qatarlar heç bir istiqamətdə hərəkət etməyib. Bununla yanaşı, bəzi stansiyalarda yanıq iyi hiss olunub.
Hazırda metropolitenin işi tədricən bərpa olunur.
Agentlik dəqiqləşdirib ki, insidentə səbəb qatarlardan birinin vaqonunda baş verən yanğın olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürməyə müvəffəq olublar. Bundan sonra qatar depoya göndərilib.