Azərbaycan prezidenti İlham Əliyev “Dəniz limanları haqqında” qanunun tətbiq edilməsinə dair sərəncam imzalayıb. Bu barədə cümə günü rəsmi KİV-lər məlumat verir.
“Dəniz limanları haqqında” qanun dəniz limanlarının reyestri, dəniz terminallarının operatorlarının fəaliyyəti, liman ərazisində xidmət göstərilməsi qaydaları, liman ərazisində obyekt sahiblərinə qarşı tələblər, limanların dövlət tərəfindən tənzimlənməsi, təhlükəsizliyin təmin edilməsi və s. kimi sahələri tənzimləyir.
Qanunverici sənəd 7 fəsil və 29 maddədən ibarətdir.
“Dəniz limanları haqqında” qanun layihəsi Milli Məclisin 2014-cü il aprelin 18-də keçirilmiş plenar iclasında ikinci və üçüncü oxunuşlarda qəbul edilib.
R. Babayev