Mayın 19-dan 23-dək Bakı şəhərində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Böhranlara cavab vermə əməliyyatlarında MTT dəstəyi" mövzusunda təlim kursu keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Tədbir Azərbaycan-ABŞ iş planına əsasən keçiriləcək.
Bununla yanaşı, həmin dövrdə Azərbaycan Hərbi Qüvvələrinin nümayəndələri Buxarest şəhərində (Rumıniya) Xəzər dənizi və Qara dənizin təhlükəsizlik məsələləri üzrə 9-cu simpoziumda iştirak edəcəklər.
F.İsazadə