Fələstin lideri Mahmud Abbas Venesuelaya səfərə gəlib. EFE agentliyinin cümə günü verdiyi məlumata görə, burada o, ölkə prezidenti Nikolas Maduro ilə muxtariyyət ilə Latın Amerikası ölkələri arasında münasibətləri müzakirə edəcək.
“Bizim siyasətdə ümumi maraqlarımız və istiqamətimiz var. Biz region ölkələri ilə qardaşlıq münasibətlərini möhkəmləndirmək istəyirik”, - deyə Fələstin Milli Administrasiyası rəhbərinin Venesueladakı nümayəndəsi Linda Sobeh Əli qeyd edib.
İkigünlük səfər zamanı M.Abbas N.Maduro ilə Cənubi
Amerika Millətləri Birliyi, Amerika xalqlarının Bolivarian alyansı və Latın Amerikası və Karib hövzəsi ölkələri Birliyində müşahidəçi-üzv statusu əldə etmək imkanını müzakirə edəcək.
Agentlik qeyd edir ki, bu, son beş il ərzində M.Abbasın Venesuelaya üçüncü səfəridir.