Milli Məclisin cümə günü keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına qızıl medalı”nın təsis edilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər qəbul edilib.
Medalın üz tərəfində məşhur Azərbaycan şairi Nizami Gəncəvinin təsviri həkk olunub, həmçinin “Azərbaycan Milli Elmlər Akademiyası” və “Nizami Gəncəvi” sözləri yazılıb.