Mayın 18-də Azərbaycanda insan hüquqları aylığı start götürüb. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
İyunun 18-dək davam edəcək aylıq ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə 18 iyun – Milli İnsan Hüquqları Günü ilə əlaqədar keçirilir.
Aylıq çərçivəsində Bakıda “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı keçiriləcək.