Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2013-cü ildə Azərbaycanda layihələrə 163 mln. avro vəsait ayırıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd olunur.
Xəbər verildiyi kimi, 2012-ci ildə AYİB Azərbaycanda 16 layihənin maliyyələşdirilməsinə $109 mln. yönəldib.
“2013-cü ildə AYİB Azərbaycanda 17 layihənin maliyyələşdirilməsinə 163 mln. avro vəsait ayırıb”, - deyə məlumatda bildirilir.
Ümumilikdə 1992-2013-cü illərdə AYİB Azərbaycanda 146 layihənin maliyyələşdirilməsinə $2,5 mlrd. ayırıb. Bunun $1,3 mlrd.-ı dövlət zəmanəti ilə 10 layihənin, $1,2 mlrd.-ı özəl sektorda layihələrin reallaşdırılmasına cəlb edilib.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür.