Mayın 20-də BMT-nin Azərbaycandakı nümayəndəliyinin Bakı şəhəri, Səbail rayonunda yerləşən inzibati binasında Fövqəladə Hallar Naziriyi qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək. Bu barədə FHN-in mətbuat xidməti məlumat verir.
Təlimin keçirilməsində məqsəd nümayəndəliyin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, nümayəndəliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanmasıdır.
Həmçinin təlim Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılması, nazirliyin xilasetmə bölmələri və nümayəndəliyin əməkdaşlarının xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi məqsədi daşıyır.
R. Babayev