Qazaxıstan və Azərbaycanın Neftçi Geoloqlar cəmiyyətləri arasında əməkdaşlığa dair razılıq əldə edilib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) rəsmi saytında məlumat verilir.
İki təşkilat arasında əməkdaşlığa dair sazişi Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və Qazaxıstan Respublikası Neftçi Geoloqlar Cəmiyyətinin prezidenti, akademik Baltabek Kuandıkov imzalayıblar.
“Saziş birgə elmi və geoloji işərin aparlmasını, kadr və məsləhət mübadiləsini nəzərdə tutur”,- deyə məlumatda qeyd edilir.
B.Kuandıkov ARDNŞ-in birinci vitse-prezidentinə Qazaxıstan Respublikası Neftçi Geoloqlar Cəmiyyətinin fəxri üzvü şəhadətnaməsini və döş nişanını təqdim edib.
Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin rəhbəri Akif Nərimanov Qazaxıstan Neftçi Geoloqlar Cəmiyyətinin, B.Kuandıkov isə Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin üzvü seçilib.
N.Abbasova.